Berinq boğazı
berkut
OBASTAN VİKİ
Berinq dənizi
Berinq dənizi — Sakit okeanın şimalında və Avrasiyanın şimal şərqində yerləşən materik kənarı dənizdir. Sakit okeanından cənubda Aleut adaları və Komandor adaları ilə ayrılır. Şimalda Şahzadə Uels burnu və Müqəddəs Lourens adası yerləşir. Berinq boğazı bu dənizi Çukot dəniziylə və Şimal Buzlu okeanıyla birləşdirir. Berinq dənizi Rusiyanın və ABŞ-nin sahillərini yuyur. Dəniz – dəniz səyyahı Vitus Berinqin şərəfinə adlandırılmışdır. XVIII əsrin Rusiya xəritələrində dəniz Kamçatka və ya Qunduz dənizi adlanırdı. İlk dəfə Berinq dənizi adı XIX əsrin başlanğıcında fransız coğrafiyaçısı Ş. P. Flioren tərəfindən təklif edilmişdi, ancaq beynəlxalq aləmdə yalnız 1818-ci ildə rus dəniz səyyahı V. M. Qolovnin tərəfindən daxil edilmişdi. Sahəsi 2,315 milyon kv. kilometrdir.
Bristol körfəzi (Berinq dənizi)
Bristol körfəzi (ing. Bristol Bay) — Berinq dənizində Alyaska yarımadasının cənub-qərbində yerləşir. Körfəz 320 km materikin daxilinə daxil olur. Ən enli yeri 480 km təşkil edir. Körfəzin dərinliyi 27–84 metrdir. Bu isə körfəzə yalnız balıqçı gəmiıərinin daxil olmasına imkan verir. Körfəzə Toqinak, Nuşaqan, Kviçak və Uqaşık çayları axır. Noyabrdan mart-aprel aylarına qədər üzəri buzla örtülü olur. Qabarma və çəkilmənin hündürlüyü 3,7 metr təşkil edir. Sularında çoxlu sayda balıqlar olur.
Berinq
Vitus Berinq
Berinq (dəqiqləşdirmə)
Vitus Berinq
Berinq adası
Berinq adası — Komandor adalarının tərkibinə daxil olan ən iri ada. Kamçatka yarımadasından Kamçatka boğazı ilə ayrılır. Boğaz Sakit okeanı ilə Berinq dənizini birləşdirilir. İnzibati cəhətdən Rusiyanın Kamçatka diyarının Aleut rayonu ərazisinə daxildir. Adada Vitus Berinqin qəbri yerləşir. Berinq adası bir necə on kilometrlərlə aralıda yerləşən Mednı adasından Admiral Kuzneçov boğazı ilə ayrılır. Adanın uzunluğu 90 km, eni 24 km təşkil edir. Komandor adalarına daxil olan digər adalar kimi Berinq adasıda sualtı silsilələrlə Alyaska yarımadasına qədər uzanır. Adada yegahə yaşayım məntəqəsi Nikolskoye kəndidir. 2005-ci il məlumatına görə adada 752 nəfər yaşayır.
Berinq boğazı
Berinq boğazı (bering) — Çukot dənizi ilə Berinq dənizini bir-birinə bağlayır. Berinq boğazı, Asiyanın ən şərq nöqtəsi (169 ° 44 'W) ilə Amerikanın ən qərb nöqtəsi (168 ° 05' W) arasında bir boğazdır. Rusiya ilə ABŞ (Alyaska) arasında coğrafi bir sərhəd mövqeyində olması ilə birlikdə Amerika və Asiya qitələrinin bir-birinə ən yaxın olduğu yerdir. Boğaz təxminən 83 km genişliyində, 30–50 m dərinliyində olub şimalındakı Çukot dənizi (Şimal Buzlu okean) ilə cənubundakı Berinq dənizini (Sakit Okean) bir-birinə bağlayır. 1648-ci ildə Semyon Dejnev tərəfindən keçildiyi qəbul edilməsinə baxmayaraq, adını boğazı 1728-ci ildə keçən Rus əsilli Danimarkalı səyyah Vitus Berinqdən almışdır. Buzlaq dövründə boğazın bir quru körpü rolu oynadığı məlumdur. Bəzi elm adamları, bu çağlarda suların böyük hissəsinin buza çevrilərək dəniz səviyyəsini saldığına və daha çox quru parçasını göz önünə çıxardığına inanır; bəziləri də boğazın tamamilə donduğunu, beləliklə insanlarla heyvanların üzərindən keçməsinin mümkün olduğuna inanır. PBS Video of St.
Berinq burnu
Berinq burnu (çuk. Энмыльын, esk. Ынмылин) — Çukot yarımadası şərq sahillərində yerləşən, Berinq dənizinin suları yuyulan burun. İnzibati cəhətdən Çukot Muxtar Rayonunun Providenski rayonu ərazisinə daxildir. Anadır körfəzinin şimal-şərqində qərarlaşır. 402 metr hündürlüyə malikdir. 2,5 km aralıda isə Enmelen kəndi yerləşir. Çukca dilində çuk. Энмыльын — «Qayalı» mənasını verir. Burun ilk dəfə Fyodor Litkenin 1828-ci ildə təkil etdiyi dövrü aləm səyahəti zamanı kəşf edilmişdir.
Berinq qarabatdağı
Berinq qarabatdağı (lat. Phalacrocorax pelagicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü.
Vitus Berinq
Vitus Berinq — Danimarkalı səyyah. Vitus Berinq, Rusiya Dəniz Donamasında xidmət etmişdir. Xidmət müddətində İvan İvanoviç adı ilə tanınırdı. Berinq, Alyaska ərazisinə ekspedisiya təşkil etmiş ilk səyyahlardan hesab olunur. Gəmilərlə səfər çıxan berinq, Alyaska yaxınlığında yerləşən adada vəfat etmişdir. Sonradan vəfat etdiyi ada Berinq adası adlandırılmışdır. ABŞ və Rusiyanı bir-birindən ayıran Berinq boğazı da səyyahın adına adlandırılmışdır. Berq L. S. Otkrıtie Kamçatki i gkspediüii Berinqa. 1725–1742. M.; L., 1946; İstoriçeskie pamətniki vtoroy Kamçatskoy gkspediüii.
Xelen Berinq
Xelen Berinq (d. 27 iyul 1964) — Niderlandı təmsil edən su poloçusu. Xelen Berinq, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Anders Berinq Breyvik
Anders Berinq Breyvik (norv. Anders Behring Breivik; 13 fevral 1979) — Norveçli ekstremist və terrorçu. 22 iyul 2011-ci ildə Norveçin paytaxtı Osloda bomba partlayışı və hakimiyyətdəki Əmək partiyasının Ütöya adasında təşkil etdiyi gənclər düşərgəsinin iştirakçılarına qarşı həyata keçirdiyi silahlı hücum nəticəsində 77 nəfəri öldürməkdə və 97 nəfəri yaralamaqda ittiham edilir. Cinayətləri etiraf etsə də, özünü təqsirkar kimi qəbul etmir. Xristianlığın lüteran cərəyanına etiqad edir.
Berinq boğazı tuneli
Berinq boğazı tuneli - Avrasiyanı Şimali Amerika ilə birləşdirəcək tunel. Tunel Berinq boğazının dibindən keçərək ABŞ-ni Rusiya ilə birləşdirəcək. 22 avqust 2011 tarixində Rusiya tunelin inşasına dəstək verəcəyini bildirib. Nyu-Yorkdan başlayıb Asiya və Avropanı keçərək Londonda sona çatacaq bu nəqliyyat layihəsinin ümumi dəyərinin 60 milyard dollar olduğu bildirilir. 106 kilometr uzunluğunda tunelin inşası ilə qlobal nəqliyyatın yüzdə üçü buradan keçəcək və illik qazanc 7 milyard olacaq. Dünyanın ən uzun dəmir yolu xətti layihəsi olaraq təyin olunan tuneldən sərnişin və yük daşınması həyata keçiriləcək. Rusiyanın şimalındakı Böyük Diomed adasından ABŞ-nin Kiçik Diomed adası arasında tikiləcək tunelin çatışmayan cəhəti Alyaskada dəmir yol xəttinin olmamasıdır. Bu layihə 100 ildir ki, Rusiyanın gündəliyindədir. İlk dəfə 1905-ci ildə çar II Nikolay bu ideyanı irəli sürüb. I dünya müharibəsinin başlanması bu ideyanı həyata keçirməyə imkan verməyib.
Emil fon Berinq
Emil Adolf fon Berinq (15 mart 1854[…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[…], Marburq) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı 1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
Emil Adolf fon Berinq
Emil Adolf fon Berinq (15 mart 1854[…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[…], Marburq) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı 1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
Azov dənizi
Azov dənizi (Adıgeycə:Khı Mıvt'e/Хы Мыут1э;Meot dənizi) ya da Azaq dənizi (krımtat. Azaq deñizi, türk. Azak denizi) — Qara dənizin şimal-şərqində yerləşən dəniz. Sahəsi 37.700 km² olan Azov dənizinin uzunluğu 240 km, genişliyi isə 135 km-dir. Azov dənizi Kerç boğazı ilə Qara dənizə bağlanır. Azov dənizinin sahilləri alçaqdır. Don və Kuban çayları bu dənizə tökülür. Qenices boğazı və Arabat boğazı onu Sivaş körfəzi ilə birləşdirir. Çonqar boğazı isə körfəzi iki hissəsini birləşdirir. Duzluluq dərəcəsi aşağı olan Azov dənizi, dekabr ayından mart ayına qədər donur.
Baffin dənizi
Baffin dənizi (ing. Baffin Bay, fr. Baie de Baffin) — bəzən Baffin körfəzi də adlandırılır. Dəniz Şimal Buzlu okeanına daxildir. Atlantik okeanına daxil olan Labrador dənizi ilə cənubdan hüdudlanır. Qərb sahilləri Qrenlandiya adası ilə hüdudlanır. Şimaldan - cənuba uzunluğu 1130 km təşkil edir. İlin böyük hissəsi buzla örtülü olur. Burada çoxlu aysberqlər əmələ gəlir. Atlantik okeanıın isti suları ona təsir göstərir.
Balear dənizi
Balear dənizi (isp. mar Balear, kat. mar Balear) — Avropanın cənubunda və Priney yarımadasının şərqində yerləşir. Aralıq dənizi akvatoriyasına daxildir. Sahəsi 86,000 km², orta dərinlik 762 m, maksimal dərinlik isə 2132 m təşkil edir. Su səthində temperatur fevral ayında 12 s, avqust ayında isə 25 s təşkil edir. Duzluğu 36–38 ‰ arasıdır. Dib suxurları əsasən qumlar və balıqqulağı ilə zəngindir. Bura əsasən Priney yarımadasından axan çaylardır:Ebro, Turia və Hukar və s. göstərmək olar.
Bali dənizi
Bali dənizi (ing. Bali Sea, ind. Laut Bali) — Sakit okeanında Yava adasının şərqi, Bali, Lombok, Sumbava, Sulavesi və Madura adaları arasında yerləşir. Sahəsi 40,000 km², orta dərinliyi 411 m, ən dərin yeri 1590 m təşkil edir. Səthində temperatur 27 - 28 S, duzluğu isə 33,0 - 34,0 ‰ təşkil edir. Dəniz dibində temperatur 8 - 10 S təşkil edir. Subekvatorial iqlimə sahibdir. Dənizin cənubunda yerləşən adaların bir çoxu vulkan məşəllidir: Batur (sonuncu dəfə 1926), Aqunq (sonuncu dəfə 1964), Tambora və başqaları. Əsas limanı Surabaya (Yava). Bali dənizi Yava dənizindən şərqdə yerləşir, həcminə görə adı çəkilən dənizdən kiçikdir.
Baltik Dənizi
Baltik dənizi — Şimali Avropada yerləşən dəniz. Səthi sahəsi (adaları olmadan) — 419.000 km². Su həcmi — 21,5 min km³. Baltik dənizi Atlantik hövzəsinə aiddir. Çoxlu sayda çayların bu dənizə axması səbəbindən suyu aşağı şoranlığa malikdir. Dünyada belə bir xüsusiyyət malik olan ən böyük dənizidir.. Baltik dənizinin səthi son buzlaşma dövrü zamanı tamamilə buz bağlamışdı. 14 min il bundan əvvəl buzlaqlar əriməyə başladı. Dəniz suyu təxminən 10.300 il bundan əvvəl boğaz vasitəsilə mərkəzi İsveç rayonda boşluqları doldurmağa başladı. Yüksələn Dünya okeanı səviyyəsi (təxminən 7–7.5 min il bundan əvvəl) müasir Danimarka boğazından bir keçid yaratdı.
Banda dənizi
Banda dənizi (ing. Banda Sea) — Sakit okeanının qərbində, Malay arxipelaqında yerləşən adalar arasında yerləşir. Adalar dənizin sərhədlərini təşkil edir. Şimalda Buru və Seram, cənub-qərbdə Timor, şərqdə Tanimbar və Aru adaları arasında yerləşir. Dənizin sahəsi 714,000 km², şimaldan cənuba eni 500 km, şərqdən qərbə uzunluğu 1000 km, ən dərin yeri 7440 m təşkil edir. Dəniz mərcan rifləri ilə zəngindir. Əsas limanı Ambondur. Tomascik, Tomas. The Ecology of the Indonesian Seas. Oxford: Oxford University Press, 1998.
Birlik dənizi
Birlik dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində yerləşir. Sahəsi 258.000 km², cənub hissədə dərinliyi 500 m, şimalda dərin yeri 3000 m təşkil edir. Suları hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. Sahilində Avstraliyaya məxsus Mayson və Deyvis elmi-tədqiqat stansiyası fəaliyyət göstərir. 1964-ci ildə Eymeri buzlağından nəhəng aysberq qoparaq Pryado körfəzinə düşmüşdür. Dəniz 1962-ci ildə antraktidaya təşkil edilən sovet ekspedisiyasının şərəfinə adlandırılmışdır. Belə ki, bu ekspedisiya üzvləri əsasən müxtəlif ölkələrin nümayəndələrindən təşkil edilmişdi.
Bismark dənizi
Bismark dənizi (ing. Bismarck Sea), (Bəzən dənizi Yeni Qvineya dənizi adlandırırlar) — Sakit okeanın qərb hissəsində, Bismark arxipelaqında olan adalar daxilində yerləşir. Sahəsi 310,000 km², orta dərinliyi 1700 m, ən dərin yeri isə 2665 m təşkil edir. Dəniz dibi akkumluyativ suxurları ilə örtülüdür. Dənizdə yerləşən adaların böyük əksəriyyəti vulkan məşəllidir. Sahilləri çox girintili-çıxıntılıdır. Mərcan rifləri ilə zəngindir. Yeni Qvineya sahillərindən Yeni Qvineya cərəyanı keçir. Onunda sürəti 50-75 sm/san təşkil edir, boğazlarda isə axınların sürəti daha yüksəkdir. İl boyu temperatur yüksək olur, illik temperatur 28 s təşkil edir.
Bofort dənizi
Bofort dənizi (ing. Beaufort Sea, fr. mer de Beaufort) —Şimal Buzlu okeanın dənizi. Dəniz şimal-qərbdə Yukon və Alyaska ərazilərin şimal sahiliylə həmsərhəddir. Bofort dənizini Kanada Arktik arxipelaqının qərb sahilini yuyur. Bofort dənizinin şimal-qərb sərhədi Barrau (Alyaska) burnundan Lends End burununa qədər hesab edilir. Şərqdə Banks adasıyla həmsərhəddir.. Dənizin sahəsi təxminən 476 000 km²-dir. Dəniz 1826-cı ildə qütb tədqiqatçısı Con Franklin və britaniya hidroqrafı və admiralı Ser Frensis Bofortun şərəfinə adlandırılmışdır.. Dənizə tökülən ən böyük çay Makkenzi çayıdır bundan başqa bu dəniziə çoxsaylı xırda çaylar tökülür.
Bohai dənizi
Boxayvan (çin. 南海) — Sakit okeanda Sarı dənizin şimal-qərb hissəsində, Çinin sahilində yerləşir. Dənizin uzunluğu 280 km, dərin yeri isə 40 metr təşkil edir. Onu açıq dənizdən cənub hissədə Şandun yarımadası, şərq hissədə isə Lyodun yarımadası ilə ayrılır. Qışda dənizin sahil hissələri donur. Dənizə Xuanxe, Xayxe və Lyoxe çayları axır. Çinlilər görə sahəcə Bohai dənizi bəzənsə Bo dənizi adladırırlar. Dənizin qərbində Bohai körfəzi, şimal hissədə Lyodun körfəzi, cənub hissədə isə Laycjou körfəzi yerləşir. Dənizdə balıqçılıq inkişaf etdirilmişdir. Şelf hissədə neft yataqları aşkarlanmışdır.
Dürvil dənizi
Dürvil dənizi — Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Adeli Torpağı sahilində yerləşir. Cənub hissədə dərinlik 500 m şimalda isə dərinlik 3610 m təşkil edir. İlin böyük hissəsi hərəkət edən buzlarda örtülü olur. Duzluğu 33,7-33,8 ‰ təşkil edir. Dənizin sahilləri yarıya qədər buzla örtülür. Bu ərazilər V Georq sahili və Adel Torpağı ilə birlikdə Viktoriya adlandırılır. Sahillərinə yaxın buz qayaları vardırki, onlar ilin isti vaxtı cəmi bir necə on günlərlə buzdan azad olur Aysberqlər digər dənizlərə nisbətən azdır. Dənizin temperaturu yayda 0 C, qışda -17 C təşkil edir. Burada güçlü küləklər əsir və qasırğalar baş verir. Dəniz sahillərinə ilk ayaq basan fransız J. Dümon-Dürvil (1837) olmuşdur.